"Barselona"nın vingeri Ansu Fati karyerası ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
Xəbərə görə, 22 yaşlı oyunçu 2027-ci ilin iyununa qədər müddətə müqaviləsinin olmasına baxmayaraq, klubu tərk edəcək. Ansu bu mövsümün sonunda "Barsa"dan ayrılacağını agentinə də bildirib və ona yeni klub axtarmağı tapşırıb.
Ansu Fati 2020-ci ilin sentyabr ayından "Barselona"dadır. Kataloniya təmsilçisində oynadığı bütün müddət ərzində o, müxtəlif turnirlərdə 121 oyun keçirib, 29 qol vurub və 8 məhsuldar ötürmə edib. O, bu mövsüm "Barselona"da cəmi 8 matçda meydana çıxıb və ümumilikdə 200 dəqiqədən az oynayıb.
"Transfermarkt" futbolçunun transfer dəyərini 10 milyon avro qiymətləndirir.
Mirağa