Braziliyanın "Santos" klubu baş məşqçisi Pedro Kayşinyonu istefaya göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
"Santos"un ilk 3 turdakı nəticələri rəhbərliyi qane etməyib və ona şans verilməyib. Mütəxəssis bu qış komandaya baş məşqçi təyin olunmuşdu.
"Santos" A Seriyasının ilk üç oyununda "Fluminense" və "Vasko da Qama"ya uduzub, "Bahia" ilə heç-heçə edib.
Baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Sezar Sampayo icra edəcək.
Qeyd edək ki, "Santos"un heyətində PSJ və "Barselona"nın sabiq futbolçusu Neymar yer alıb. Vinger qışda Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan azad agent kimi ayrılaraq doğma klubuna keçib.
Mirağa