10:23 16.04.2025 951

Klopp İspaniyadan "yox" deyə bilməyəcəyi təklif aldı - SON DURUM

2024-cü ilin yayında İngiltərənin "Liverpul" klubunda fəaliyyətini başa vuran alman mütəxəssis Yürgen Klopp yenidən məşqçi karyerasını bərpa etməyə yaxındır.

Fanat.Az xəbər verir ki, onun "Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin varisi olacağı bildirilir. 

Məlumatı "TBR Football" yayıb. Mənbənin məlumatına görə, İspaniya nəhənginin rəhbərliyi Kloppun ulduzlarla işləmək və gənc istedadları inkişaf etdirmək bacarığını nəzərə alaraq ona ideal namizəd kimi baxır. Üstəlik, daha bir alman Hans-Ditter Flikin "Barselona"da uğurlu çıxışı "Real"ı bu addıma sövq edir.

"Liverpul"dan ayrıldıqdan sonra Klopp 1 yanvar 2025-ci ildə "Red Bull"da Qlobal Futbol Rəhbəri vəzifəsini tutub. Ancaq hazırkı məşğuliyyətinə baxmayaraq, "Real Madrid"dən gələn təklif Kloppu məşqçilik karyerası ilə bağlı qərarını yenidən nəzərdən keçirməyə məcbur edə bilər. Kloppun "Real Madrid"in baş məşqçisi təyin olunması ehtimalı Karlo Ançelottinin cari mövsümün sonunda mümkün gedişi ilə bağlı şayiələr fonunda aktuallaşıb. İtaliyalı mütəxəssisin Braziliya millisinə rəhbərlik edə biləcəyi bildirilir. 

Qeyd edək ki, əvvəllər Ançelottinin yerinə əsas namizəd Almaniyanın “Bayer Leverkuzen” klubunun hazırkı çalışdırıcısı Xabi Alonso hesab olunurdu. Bununla belə, Alonso müəyyən şərtlər altında Leverkuzendə davam etmək arzusunu ifadə etməsi "Real"ı Kloppun gətirilməsi də daxil olmaqla alternativ variantları nəzərdən keçirməyə məcbur edib.

2015-ci ildən 2024-cü ilə qədər "Liverpul"da işlədiyi müddətdə Klopp İngiltərə Premyer Liqası və UEFA Çempionlar Liqasının qalibi olub. 

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 Aprel 2025
14:57

Türkiyəli fiqurlu konkisürən həbs olundu

14:39

"Neftçi" və "Kəpəz" azarkeşlərinə görə ziyana düşdülər

14:21

Azərbaycanın U-17 millisi Gürcüstana qalib gəldi

14:13

"Sabah"ın U-13 və U-15 komandaları beynəlxalq turnirə qatılacaqlar

14:03

"Özümüzlə fəxr etməyə haqqımız çatır" - Niko Kovaç

13:45

Kurban Berdiyevə 5 oyunluq cəza verildi

13:27

Tanınmış futbolçu faciəvi şəkildə həlak oldu

13:08

"PSJ Çempionlar Liqasının aşkar favoritidir" - Unai Emeri

12:50

Girassi kimisi ÇL tarixində olmayıb

12:32

Azərbaycanda çempionat oyununun yeri dəyişdirildi - SƏBƏB

12:14

PSJ tarixi uğura imza atdı

11:55

"Bu bizə müxtəlif problemlər yaradırdı" - Xviça Kvaratsxeliya

11:37

"Bu liqada qalib gələ bilməyəcəyimiz komanda yoxdur" - Mahir Emreli

11:18

Luis Enrike PSJ-ni dünyanın ən yaxşı komandası adlandırdı

10:59

Azərbaycanlı referi dünya çempionatına təyinat aldı

10:41

ABL: Bu gün pley-offa vəsiqə uğrunda son duellər keçiriləcək

10:23

Klopp İspaniyadan "yox" deyə bilməyəcəyi təklif aldı - SON DURUM

10:04

Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq

09:45

"Biz yarımfinaldayıq və əsas da odur" - "Barselona"nın baş məşqçisi

09:24

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

ÇL: "Real Madrid" "Arsenal"a, "Bayern Münhen" "İnter"ə qarşı - YENİLƏNİR

01:02

ÇL: "Barselona" da yarımfinala məğlubiyyətlə yüksəldi, PSJ də

15 Aprel 2025
23:30

Fabreqas iki böyük klubun təklifinə "yox" dedi

22:50

Benites "Real"dan Ronalduya görə gedib? - Sualı cavablandırdı

22:18

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında 3 medal qazandı

21:43

Azərbaycan millisi AÇ ilə məğlubiyyətlə vidalaşdı

21:10

Yüksək Liqa: Yarımfinal mərhələsi start götürdü

20:47

"O, "Arsenal"da oynasaydı, "Arsenal" bu mövsüm çempion olardı" - Roy Kin

20:22

Azərbaycan qılıncoynadanları dünya birinciliyində nə ilə yadda qaldılar?

19:58

Tedesko Almaniya klubunun təklifini geri çevirdi

19:30

Azərbaycanın 8 boksçusu beynəlxalq turnirdə qızıl medal qazandı

19:13

Aleksis Mak Allister "Real Madrid"də? - Atası suala cavab verdi

18:43

Bu yay "Mançester Yunayted"i tərk edəcək futbolçuların adları bilindi

18:07

"Qarabağ"ın U-15 komandası Türkiyədəki turnirdə bir gündə üç matça çıxacaq

17:44

ABL: Pley-in mərhələsinin 3-cü oyunlarının vaxtı bilindi

17:26

"Biz onlardan çox üstün idik" - Con Terri

17:08

Rəvan Quluzadə mükafatlandırıldı

16:51

AFFA rəsmiləri UEFA-nın seminarında

16:32

Azərbaycan Qran-prisinin ikiqat qalibi DÇ-yə qatıla bilər

16:15

NHL tarixində Oveçkin kimisi olmayıb

Facebookdan bizi izləməyi unutmayın.
X