PSJ klubunun baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Aston Villa”ya məğlubiyyətdən sonra komandasını dünyanın ən yaxşısı adlandırıb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano ispan mütəxəssisin dediklərini belə təqdim edib:
“Bu gün biz çox arxayın idik. Doğrudur, oyunun gedişində bir an çəkindik və üç dəqiqə ərzində iki qol buraxdıq. Buna baxmayaraq, mən hələ də komandamla fəxr edirəm. Düşünürəm ki, bu, dünyanın ən yaxşı komandasıdır".
Qeyd edək ki, 2:3 hesablı məğlubiyyətə baxmayaraq, PSJ iki oyunun ümumi hesabında (5:4) turnirin yarımfinalına yüksəlib. Bundan əlavə, parislilər vaxtından əvvəl Fransa çempionu olub və “Reyms”lə qarşılaşacaqları Fransa Kubokunun finalına çıxıblar. PSJ mövsümün əvvəlində Fransa Superkubokunu qazanıb. Beləliklə, parislilərin tsikli dörd kubokla başa vurmaq şansı var.
Mirağa