PSJ klubu Fransanın Çempionlar Liqasındakı ən uğurlu təmsilçisi ünvanına sahib çıxıb.
Fanat.Az xəbər verir ki, Paris nəhəngi turnirin yarımfinalına adlamaqla ölkə futbolunda tarix yazıb.
Luis Enrikenin baş məşqçisi olduğu komanda 1/4 finalda İngiltərənin "Aston Villa" klubu üzərində dramatik qələbədən (ümumilikdə 5:4) sonra 9-cu dəfə Avropanın əsas klub turnirinin yarımfinalına yüksəlib.
"Opta"-nın məlumatına görə, bu, Fransa komandaları üçün mütləq rekorddur. Buna qədər lider 8 dəfə yarımfinal mərhələsinə yüksələn "Olimpik Marsel" idi.
Turnirin digər yarımfinalçıları bu gecə müəyyənləşəcək. Münhen “Bayern”i Milan “İnter”i ilə, Madrid “Real”ı isə London “Arsenal”ı ilə qarşılaşacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.