Çinin "Çjetszyan" klubunda çıxış edən qabonlu hücumçu Aron Bupendza faciəvi şəkildə həlak olub.
Fanat.Az xəbər verir ki, bu barədə Rumıniyanın "Fanatik" nəşri məlumat yayıb.
Vaxtilə "Rapid"də çıxış edən 28 yaşlı forvard Çində yaşadığı binanın 11-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırmalara başlayan Çin polisi iki ehtimal üzərində dayanıb. Onun intihar edə biləcəyi əsas versiyadır. Bundan başqa, hadisə vaxtı onun qardaşının da evdə olduğu, onların mübahisə edə biləcəyi ehtimal olunur.
Qeyd edək ki, Aron Bupendza "Rapid"dən başqa, Türkiyənin "Hatayspor" klubunda, o cümlədən Fransada "Bordo", "Pau", "Ayaçço", "Trua", Portuqaliyada "Farense", Qətərdə "Əl-Ərəbi", Səudiyyə Ərəbistanında "Əl-Şəbab" və ABŞ-də "Çinçinnati"nin formasını geyinib.
Mirağa