Hüquqları "Çelsi"yə məxsus olan, hazırda icarə əsasında "Milan"da çıxış edən portuqaliyalı ulduz Joau Feliks vətəninə dönməyə yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə “Record” məlumat yayıb.
Mənbənim məlumatına görə, "Benfika" klubu ulduz yarımmüdafiəçini geri qaytarmağa çalışır. Portuqaliya nəhəngi artıq ilkin danışıqlara başlayıb. Sözügedən klub Feliksin bu ilin iyununda komandaya qoşulmasını və iyunun 14-dən iyulun 13-dək ABŞ-də keçiriləcək Klublararası Dünya Çempionatında oynamasını istəyir.
25 yaşlı futbolçunun icarə müddəti bu ilin iyun ayının sonuna qədər etibarlıdır. Onun transfer dəyəri 25 milyon avro qiymətləndirilir.
Joau Feliks "Benfika"nın yetirməsidir. Portuqaliya klubu onu 2019-cu ildə 127 milyon avroya "Atletiko Madrid"ə satmışdı.
Mirağa