İngiltərə Premyer Liqasında 29-cu turdan təxirə salınmış bir oyun keçirilib.
Fanat.Az xəbər verir ki, “Nyukasl” evdə “Kristal Pelas”la qarşılaşıb.
Rəqibini 5 cavabsız qolla məğlub etmiş “Nyukasl” xallarının sayını 59-a çatdıraraq 3-cü pilləyə yüksəlib. “Kristal Pelas” isə 43 xalla 12-cidir. Çempionata 76 xalı olan “Liverpul” liderlik edir.
İngiltərə Premyer Liqası
29-cu turun oyunu
16 aprel
Nyukasl – Kristal Pelas 5:0
Qollar: Mörfi, 13. Qehi, 38-öz qapısına. Barnes, 45+2. Şer, 45+8. A.İsak, 58.