UEFA Avropa Liqasında bu gün 1/4 final mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, bütün yarımfinalçılar eyni gündə müəyyənləşib.
"Mançester Yunayted” - “Olimpik Lion” matçında qapılara 9 qol vurulub. Dramatik dueldə sevinən tərəf MY olub. İngiltərənin digər təmsilçisi “Tottenhem” “Ayntraxt”ı minimal hesabla üstələyərək adını yarımfinala yazdırıb. “Atletik” “Reyncers”i inamlı qələbə ilə mübarizədən kənarlaşdırıbsa, “Latsio” “Budyo Qlimt”ə penalti seriyasında uduzaraq turnirlə vidalaşıb.
Qeyd edək ki, yarımfinalın ilk oyunları 1 may, cavab oyunları isə 8 may tarixində keçiriləcək.
UEFA Avropa Liqası
1/4 final, cavab oyunları
17 aprel
“Atletik” (İspaniya) – “Reyncers” (Şotlandiya) 2:0
Qollar: Sanset, 45+4-pen. Uilyams, 80.
İlk oyun – 0:0.
“Mançester Yunayted” (İngiltərə) - “Olimpik Lion” (Fransa) 5:4
Qollar: Uqarte, 10. Dalo, 45+1. B.Fernandes, 114-pen. Maynu, 120. Maquayr, 120+1 – Tolisso, 71. Talyafiko, 78. Şerki, 105. Lyakazett, 108-pen.
İlk oyun – 2:2.
“Ayntraxt” (Almaniya) – “Tottenhem” (İngiltərə) 0:1
Qol: Solanke, 43-pen.
İlk oyun – 1:1.
“Latsio” (İtaliya) – “Budyo Qlimt” (Norveç) 3:1 (penaltilər 2:3)
Qollar: Kastelyanos, 21. Noslin, 90+3. Dia, 100 – Helmersen, 109.
İlk oyun – 0:2.