Azərbaycan 1-ci Liqasında 22-ci tur start götürüb.
Fanat.Az xəbər verir ki, turun ilk günü 3 matç baş tutub.
"Cəbrayıl" evdə "Mingəçevir" üzərində inamlı qələbə qazanıb. Cavid Hüseynovun komandası bu qalibiyyət nəticəsində "işıqçılar"la xallarını bərabərləşdirib, üstəlik, əlavə göstəricilərə görə onu qabaqlayaraq 7-ci yerə yüksəlib.
Aşkar autsayder "Qaradağ Lökbatan" "Baku Sportinq"i minimal hesabla məğlub edib. Lökbatanlılar "Difai"yə çatsa da, sözügedən komanda günün son qarşılaşmasında "Zaqatala"nı yenərək yenidən sonuncu pillədən uzaqlaşıb.
Qeyd edək ki, turun qalan oyunları sabah keçiriləcək.
1-ci Liqa
22-ci tur
17 aprel
“Cəbrayıl” – “Mingəçevir” 2:0
Qollar: M.Canıyev, 6. O.Təhməzli, 71.
“Baku Sportinq” – “Qaradağ Lökbatan” 0:1
Qol: B.Həziyev, 60.
“Difai” – “Zaqatala” 1:0
Qol: K.Kamta, 33.