UEFA Çempionlar Liqasının 1/4 finalında "Arsenal"a iki oyunda da uduzaraq turniri tərk edən "Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin gələcəyi qeyri müəyyəndir.
Fanat.Az xəbər verir ki, onun aprelin 26-da "Barselona"yla "Kral kuboku" finalındakı "El Klasiko"dan sonra komandanı tərk edəcəyi gözlənilir.
"Real" artıq onun yerinə namizədləri aktiv şəkildə nəzərdən keçirir. Xabi Alonso hazırda İspaniya nəhənginin baş məşqçisi postuna əsas namizəddir. Onun 2026-cı ilə qədər müddətə müqaviləsi qüvvədə olsa da, "Real"a qapı açıqdır. "Sport.es"in məlumatına görə, "Bayer" Alonsonun "Real"a keçidinə görə qarşı tərəfdən ən azı 10 milyon avro təzminat almaq istəyir.
Ançelottinin yerinə namizəd isə Yürgen Kloppdur.
Mirağa