İtaliya "Skudetto"su uğrunda mübarizədə həlledici görüşlər ərəfəsində “İnter” azarkeşlərinə bəd xəbər çatdırıb.
Fanat.Az rəsmi saytı vasitəsilə komandanın bombardiri Markus Tyüramın "Bayern Münhen"lə son matçda (2:2) əzələsindən zədə aldığını bildirib.
Tyüramın nə vaxt sıraya dönəcəyi hələ müəyyənləşməyib. Amma onun "Bolonya" ilə qarşıdakı oyunu buraxacağı dəqiqdir.
Turam bu mövsüm A Seriyasında 31 matçda 14 qol vurub və 7 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “İnter” aprelin 29-da Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununu “Barselona”ya qarşı keçirəcək.
Mirağa