20:47 19.04.2025 615

MPL: "Qarabağ" "Neftçi"ni böyük hesabla yenir- YENİLƏNİR

Misli Premyer Liqasında 31-ci tur davam edir. 

Fanat.Az xəbər verir ki, dünən bir oyunla start götürən turun ikinci günündə daha 2 matç baş tutacaq.

Günün ilk görüşü Masazırda "Sabah"la "Səbail" arasında baş tutub. Paytaxt komandalarının dueli dramatik alınıb. Çempionatda 8 oyundur qələbə qazana bilməyən "Sabah"la son 10 turda 3 xala həsrət olan "Səbail"in görüşündə qapılara 5 qol vurulub. "Dənizçilər" hesabda iki dəfə önə keçsələr də, meydanı xalsız tərk ediblər.

Günə Azərbaycan derbisi ilə yekun vurulacaq. Son 14 mövsümdə çempionluğu heç kimə güzəştə getməyən komandaların - "Qarabağ"la "Neftçi"nin dueli Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Samir Abasovun komandası üçün böyük ölçüdə önəm kəsb etməyən görüş əzəli rəqibinin çempionluğu bayram etməsinə yol aça bilər. Qurban Qurbanovun yetirmələri meydandan qalib və ya xalla ayrılsalar, "Zirə"nin "Sumqayıt"la görüşünün nəticəsindən asılı olaraq "qızıl"ı təmin edə bilər. Təbii ki, bu ehtimalı nəzərə alan "Neftçi" "Qarabağ"ın onlarla görüşdə bu sevinci yaşamasına əngəl olmağa çalışacaq.

Qeyd edək ki, turun açılış oyununda "Araz-Naxçıvan" və "Turan Tovuz" hərəyə bir qol vurub bir xal əldə ediblər. Tura sabah "Şamaxı" - "Kəpəz" və "Zirə" - "Sumqayıt" görüşləri ilə yekun vurulacaq.      

Misli Premyer Liqası
31-ci tur
19 aprel 

“Sabah” – “Səbail” 3:2 
Qol:
Sofian Çakla, 31. Dmitro Litvin, 82-öz qapısına. Coy Lens Mikels, 90+3  - İnnosent Nşuti, 21. Suleyman Alluş, 74.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov, Cəmil Quliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Bank Respublika Arena”.

"Sabah": 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 15. Seymur Məmmədov, 4. Sofian Çakla, 70. Cesse Sekidika (k), 3. Con İrasabal, 13. İvan Lepiniça, 99. Neqoş Kupusoviç, 33. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 8. Ayaz Quliyev, 6. Abdulax Xaybulaev, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 11. Kahim Parris, 12. Vinsent Till, 83. Stefen Ende
Baş məşqçi: Vasili Berezutski

"Səbail": 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 83. Nihad Quliyev, 10. David Qomis (k), 3. Dmitro Litvin, 99. İnnosent Nşuti, 7. Madi Queta, 5. Gitay Sofir, 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 25. Nicat Məmmədzadə, 91. Tural Mirsultanov, 22. Mirabdulla Abbasov, 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 67. Rəvan Abasov, 97. Oruc Məmmədov, 44. Amir Bilali, 4. Marko Nikoliç
Baş məşqçi: Elvin Məmmədov.

“Qarabağ” – “Neftçi” 3:0 (fasilə)
Qollar: 
Abdullah Zubir, 22. Yassin Benzia, 40-pen. Nəriman Axundzadə, 41.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu, Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tofiq Bəhramov adına Respublika Stadionu.

"Qarabağ": 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

"Neftçi": 93. Rza Cəfərov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 4. Elvin Camalov, 90. Ramil Şeydayev, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 22. Dembo Darboe, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 9. Bassala Sambu, 88. Andrey Ştoqrin, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 Aprel 2025
20:53

"Klub rəhbərliyi yolları ayırmayacağını desə də..." - Vasili Berezutski

20:47

MPL: "Qarabağ" "Neftçi"ni böyük hesabla yenir- YENİLƏNİR

20:27

Elvin Məmmədov "Sabah"a məğlubiyyəti belə şərh etdi

20:06

Pley-off mərhələsində ikinci oyunlarının təqvimi müəyyənləşdi

19:30

"Sabah"ın futbolçusu mükafatlandırıldı

18:51

Emrelinin qələbə qazandırmayan qolları - VİDEO

18:05

"Neftçi" legioneri ilə vidalaşdı

17:40

ABL: "Naxçıvan" "Abşeron"a qalib gəldi

17:18

Mahir Emreli Almaniyada dubl etdi, komandası...

16:56

Qvardiola həmyerlisini istədi, "Mançester Siti" cəlbedici təklif hazırladı - MƏBLƏĞ

16:20

Dembele “Qızıl top”dan danışdı

15:54

Millimizin son oyununun vaxtı və yeri müəyyənləşdi

15:13

Veteran stolüstü tennisçilərin çempionatı başladı

14:49

Azərbaycan millisi Estoniyaya uduzdu

14:12

Azərbaycanın dörd karateçisi mübarizəni dayandırdı

13:31

İPL klubu Kolumbiya millisinin üzvü ilə anlaşdı - RƏSMİ

13:00

Xorvatiya millisinin keçmiş oyunçusu faciəvi şəkildə həlak oldu

12:38

Burkina fasolu futbolçu "Araz-Naxçıvan"ın tarixinə düşdü

12:19

"Turan Tovuz"dan 30-cu heç-heçə

11:50

Yüksək Liqa: "Bürünc" uğrunda ilk duel olacaq

11:25

İki futbolçu ömürlük cəzalandırıldı - RƏSMİ

10:59

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

ABL: "Abşeron"la "Naxçıvan"ın pley-off sınağı

09:56

"Real"ın sabiq ulduzu Rüdigeri axmaq adlandırdı

09:00

"Traktor" 3 xalı 3 qolla qazandı

01:03

İspaniya La Liqası: "Espanyol" evdə sevindi

00:43

Liqa 1: "Nant" evə xalsız qayıtdı

00:18

Türkiyə Super Liqası: "Qalatasaray"dan inamlı qələbə

18 Aprel 2025
23:46

ABL: "Sabah" "Sərhədçi"ni yendi

23:13

Milan klubu bombardirini itirdi

22:49

"Bu gün 2 xal itirdik" - Yunis Hüseynov

22:24

"Hər iki komanda qalib gələ bilərdi" - Elmar Baxşıyev

21:41

Yüksək Liqa: Finalçılar müəyyənləşdi

21:20

"Onu ehtiyat oyunçular skamyasında görə bilərsiniz" - Slot adı "Real"la hallanan futbolçudan danışdı

21:11

"Neftçi" "Qarabağ"la oyuna 4 itki ilə çıxacaq

20:56

MPL: "Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda qalib müəyyənləşmədi

20:18

"Mançester Siti" "Yuventus"un iki futbolçusunu aparır - MƏBLƏĞ

19:53

"Qələbəyə vaxtından çox tez inandıq" - "Olimpik Lion"un baş məşqçisi

19:26

"Futbolçularımla qürur duyuram" - Angelos Postekoğlu

18:45

I Liqa: "Qəbələ" uduzdu, çempionluğu ertələndi

Facebookdan bizi izləməyi unutmayın.
X