Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın "Nürnberq" komandası növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, sözügedən komanda II Bundesliqanın 30-cu turunda doğma meydanda "Paderborn"u qəbul edib.
"Nürnberq" məhz Mahirin 2-ci dəqiqədə vurduğu erkən qolla önə keçsə də, üstünlüyünü qoruya bilməyərək qapısından 3 top buraxıb. Futbolçumuz 90+3-cü dəqiqədə vurduğu ikinci qol isə məğlubiyyətdən xilas olmağa kifayət etməyib - 2:3.
Beləliklə, 27 yaşlı hücumçu II Bundesliqada vurduğu qolların sayını 7-yə çatdırıb. O, daha bir dəfə Almaniya Kubokunun oyununda fərqlənib.
"Nürnberq" bu nəticədən sonra 44 xalla 8-ci pilləyə geriləyib.