Kilian Mbappe karyerasının ən pis həftələrindən birini yaşayır.
Fanat.Az xəbər verir ki, bu həftə "Real Madrid" ilə Çempionlar Liqasını tərk edən fransalı ulduzun sahibi olduğu "Kan" klubu da 40 ildə ilk dəfə üçüncü liqaya yuvarlanıb.
Bu turda "Martiqa"ya 0:3 hesabı ilə uduzan sözügedən komanda rəsmi olaraq Fransa Liqa-2-ni tərk edib.
Mbappe ailəsinə məxsus "Interconnected Ventures" şirkəti vasitəsilə sentyabr ayında klubun 80 faizini əldə etdikdən sonra "Kan" sürətlə tənəzzülə uğradı. Azarkeşlər yeni rəhbərliyi zəif idarəçilikdə ittiham edirlər. Matçlarda etiraz pankartlarına mütəmadi rast gəlmək olur ki, onlardan biri vəziyyətlə bağlı ümumi məyusluğu əks etdirən “Kan" oyuncaq deyil” mesajıdır.
"Kan" üçüncü diviziona hazırlaşarkən, Mbappe bütün diqqətini "Real Madrid"dəki çıxışlarına yönəldib. Lakin o, ötən turda aldığı qırmızı vərəqədən sonra diskvalifikasiya olunduğu üçün aprelin 20-də keçiriləcək "Atletik"lə qarşıdakı matçda oynamayacaq.
Mirağa