İngiltərə Premyer Liasının 33-cü turunda "Liverpul"a məğlub olan "Lester" İngiltərə futbolu tarixində görünməmiş "rekord"a imza atıb.
Fanat.Az xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.
Mənbənin məlumatına görə, "tülkülər" ardıcıl doqquzuncu ev matçından qol vura bilmədən ayrılıblar ki, Premyer Liqa tarixində bu bir ilkdir.
Əvvəllər bu “nailiyyət” 1976/77 mövsümündə ardıcıl 8 ev matçında qol vura bilməyən “Sanderlend”ə məxsus olub.
Sözügedən komanda "Mançester Siti", "Nyukasl", "Çelsi", "Vest Hem", "Mançester Yunayted, "Brentford", "Arsenal", "Everton" və "Liverpul"a ümumilikdə 0:21 uduzub.
Qeyd edək ki, "Livedpul"a məğlubiyyət "Lester"in Premyer Liqadan erkən düşməsi ilə nəticələnib.
Mirağa