"Napoli"nin ulduzu, hazırda icarə əsasında Türkiyənin "Qalatasaray" klubunda çıxış edən nigeriyalı hücumçusu Viktor Osimhenin yeni iş yeri bilinib.
Fanat.Az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.
Mənbənin məlumatıba görə, o, "Mançester Yunayted"lə şəxsi müqavilənin detallarını razılaşdırıb.
Osimhen Premyer Liqa nəhəngində illik 15 milyon avro maaşla 5 il müddətinə müqavilə imzalayacaq.
Viktorun "Napoli" ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. İtalyanların futbolçunu 80 milyona satmağa hazır olduqları bildirilir.
26 yaşlı ulduz forvard "Qalatasaray"ın heyətində 34 matçda 29 qol vurub, 6 məhsuldar ötürmə edib.
Mirağa