İtaliya A Seriyasının 33-cü turunun aprelin 21-nə planlaşdırılan 4 oyunu başqa tarixdə baş tutacaq.
Fanat.Az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
Bu qərar Roma Papası Fransiskin ölümü ilə əlaqədar verilib.
Beləliklə, bugünə planlaşdırılan "Torino" - "Udineze", "Kalyari" - "Fiorentina", "Cenoa" - "Latsio" və "Parma" - "Yuventus" oyunlar təxirə salınıb. Bu görüşlərin tarixləri daha sonra açıqlanacaq.
Roma Papası Fransisk bu gün 88 yaşında vəfat edib. O, Buenos Ayresdə anadan olub və "San Lorenso"nun azarkeşi olub.
Mirağa