Polşa çempionatında 29-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov “Radomyak”ın heyətində Ekstraklasada növbəti oyununu keçirib.
Sözügedən kollektiv "Puşa"nın qonağı olub. Nepolomitse şəhər stadionunda baş tutan qarşılaşma heç-heçə ilə yekunlaşıb - 2:2.
26 yaşlı hücumçu meydana 65-ci dəqiqədə - hesab 0:0 olarkən əvəzetmədən daxil olub və fərqlənə bilməyib.
Renat Dadaşovun komanda yoldaşı, Azərbaycan millisinin digər üzvü Rahil Məmmədov matçın iştirak ərizəsində yer almayıb.
“Radomyak” hazırda 35 xalla turnir cədvəlinin 13-cü pilləsində yer alıb.