UEFA Konfrans Liqasında "Çelsi" ilə ilk 1/4 final oyununda başverənlərə görə Polşanın "Legiya" klubunu cərimələyib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Varşava klubu pirotexniki vasitələrdən istifadə edən və nalayiq şüarlar səsləndirən azarkeşlərin davranışına görə ümumilikdə 100 min avro ödəyəcək.
Bundan əlavə, “Legiya”nın avrokuboklarda keçirəcəyi növbəti iki ev oyununda tribunalar qismən bağlanacaq.
Varşavada keçirilən oyun London təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.