AFFA yeni geyim şirkəti ilə anlaşıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, qurum uzun müddətdir Azərbaycan milli komandasını forma ilə təchiz edən "Nike" ilə əməkdaşlığı dayandıraraq "Puma" ilə razılığa gəlib.
Xatırladaq ki, "Nike" 2017-ci ildən AFFA-nın təchizat sponsoru idi. Yığmamız həmin il mayın 10-da Şimali İrlandiya ilə DÇ-2018-in seçmə oyununa ilk dəfə bu formada çıxıb. 2006-2017-ci illərdə isə millinin geyim sponsoru "Umbro" olub. Azərbaycan millisinin 90-cı illərdə, konkret, 1992-2006 aralığında “Puma” geyimlərindən istifadə etdiyini vurğulayaq.
Yeni sponsor "Puma" Almaniya şirkətidir. Bir çox tanınmış klublar - "Mançester Siti", "Milan", "Borussiya Dortmund", "Qalatasaray" və digər Avropa nəhəngləri məhz bu firmanın formalarını geyinir.
Mirağa