"Barselona" ötən gün "Malyorka" ilə oyunda La Liqanın rekordunu müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
Mənbənin məlumatına görə, kataloniyalılar ilk yarıda qapıya 24 zərbə zərbə endirib. Beləliklə, bir hissə ərzində qolla nəticələnməyən zərbə sayı bu cür statistikanın aparılmağa başladığı 2003/04 mövsümündən ötən 21 ili əhatə edir.
"Barselona" "Malyorka" ilə oyunda 1:0 qalib gəlib. Yeganə qolu ikinci hissənin əvvəlində bu mövsüm adətən əvəzetmədən oyuna qoşulan Dani Olmo vurub. Yeri gəlmişkən, bu görüşdə "Malyorka"nın qapıçısı Leo Roman 12 seyv edib.
Bu qələbədən sonra "Barselona" 76 xalla liderliyini möhkəmləndirib. İkinci pillədə qərarlaşan "Real"la fərq 7 xaldır. Amma Madrid komandası hələ 33-cü turdakı matçını keçirməyib. "Kral klubu"nun "Xetafe" ilə səfər oyunu bu gün baş tutacaq.
Mirağa