“Hajduk”un ukraynalı hücumçusu Nazariy Rusin komandanın baş məşqçisi, əfsanəvi italyan Cennaro Qattuzo barədə danışıb.
Fanat.Az xəbər verir ki, "Ukrainian Football" 26 yaşlı forvardın dediklərini belə təqdim edib:
"Mənə elə gəlir ki, o, keçmişdə oyunçu kimi necə olubsa, indi də məşqçi kimi elədir. Futbola böyük həvəsi var. Bir insan kimi qeyri-adidir. O, hamı ilə eyni davranır. Onunla işləmək xoşdur, amma çətindir. Çünki ağır məşqlər keçir. Həm bizə, həm də özünə qarşı tələbkardır. Bu mənim üçün yeni bir şeydir. O, bir dəfə də olsun komandada özünü heç kimdən üstün tutmayıb. Dünya çempionu alması və ya hansısa başqa uğurundan bir kəlmə kəsməyib. İnanılmazdır! Yenə deyirəm, hamıya hörmətlə yanaşır. Bir sözlə, səviyyə!”
Qeyd edək ki, Rusin “Hayduk”da icarə əsasında çıxış edir. Futbolçu İngiltərənin "Sanderlend" klubuna məxsusdur.
Mirağa