Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında "Neftçi"ylə heç-heçə (1:1) edərək iki oyunun nəticəsinə görə mübarizəni davam etdirən "Sabah"ın baş məşqçisi Vasili Beresutski görüşü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Oyunçularıma əllərindən gələni etdiklərinə, yaxşı oyuna görə təşəkkür edirəm. Əllərinə düşən fürsətlərin hamısını dəyərləndirə bilməsələr də, verdiyimiz taktiki-texniki tapşırıqları yerinə yetirdilər. Finala adladığımız üçün sevincliyik. Həlledici oyuna hazırlaşacağıq. Kubok oyunları sürprizlərlə dolu olur. Çalışacağıq ki, qalib gəlib titula sahib çıxaq".