İspaniya La Liqasında aprel ayının ən yaxşı futbolçusu seçilib.
Fanat.Az xəbər verir ki, mükafatı "Barselona"nın ulduz yarımmüdafiəçi Pedri qazanıb.
"Barselona"nın yarımmüdafiəçisi əla ay keçirdi və Hans-Diter Flikin komandasının çempionluq yarışında rəqiblərindən uzaqlaşmasında mühüm rol oynadı", - La Liqanın açıqlamasında bildirilib.
Pedri bu ay İspaniya çempionatında 4 oyun keçirib. 22 yaşlı futbolçu qol və ya ötürmə baxımından məhsuldarlıq göstərməyib.
"Barselona"nın növbəti oyunu aprelin 26-da İspaniya kubokunun finalında "Real Madrid"ə qarşı olacaq.