İspaniya millisinin və "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendinin İngiltərə Premyer Liqasında oynamaq variantı var.
Fanat.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mənbənin məlumatına görə, 26 yaşlı futbolçu ilə Londonun "Arsenal" klubu maraqlanır. "Topçular" transferlə bağlı artıq danışıqlara başlayıb. Potensial müqavilə 60 milyon avro dəyərində qiymətləndirilir.
Martin bu mövsüm 43 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Yarımmüdafiəçinin "Real Sosyedad"la hazırkı müqaviləsinin müddəti 2027-ci il iyunun sonunda başa çatacaq.
Mirağa