Misli Premyer Liqasının 32-cu turunda "Şamaxı"nı qonaq edən "Turan Tovuz"un məşqçisi Yunis Hüseynov oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 1:1 bərabərə qaldıqları matçla bağlı belə danışıb:
"Bizə üç xal lazım idi. Avrokuboka getmək üçün mövqeyimizi bir qədər də yaxşılaşdırmalıyıq. Bu gün o qədər də yaxşı oynamadıq, razı qalmadıq. Hücumda çoxala bilmirik. Belə planda təbii ki, qol vura bilmirik. Qol vuranda çətinliklə alınır, amma asan toplar buraxırıq.
Premyer Liqaya dönən "Karvan"a qayıtmaq? Mən "Turan Tovuz"da xoşbəxtəm və Kurban Berdiyevə sona qədər kömək edəcəyəm".
Mirağa