Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyu yenidən İngiltərə Premyer Liqazına qayıda bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.
Mənbənin məlumatına görə, “Tottenhem” rəhbərliyi 62 yaşlı mütəxəssisi dəvət etməkdə maraqlıdır.
Qeyd olunub ki, Mourinyunun qayıdışı ilə rəsmi çalışmalara Ange Postekoğlu ilə yollar ayrıldıqdan sonra başlanacaq.
Xatırladaq ki, Mourinyu 2019-2021-ci illərdə “Tottenhem”ə rəhbərlik edib. Portuqaliyalı klubla birlikdə kuboku qazanmağa yaxın olsa da, Liqa Kubokunun finalına bir neçə gün qalmış qovulub.
"Tottenhem" bu mövsüm 33 turdan sonra Premyer Liqanın turnir cədvəlində 16-cı yerdədir.
Mirağa