"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola istənilən halda, cari mövsümün onlar üçün uğursuz olacağını deyib.
Fanat.Az xəbər verir ki, "şəhərlilər"in çalışdırıcısı "City Report"-a belə danışıb:
"Kuboku qazanıb Premyer Liqanı ilk "beşlik"də başa vursaq belə, mövsümü uğurlu hesab etməyəcəyəm. Mən dəfələrlə demişəm ki, bu mövsüm yaxşı sayıla bilməz. Premyer Liqada "Liverpul"dan min, milyon xal geridəyik. Çempionlar Liqasındakı nəticələrimizə baxın. Biz həmişə maşın olmuşuq, amma bu mövsüm yox. Növbəti mövsümdəki nəticəni yaxşılaşdırmaq üçün düzgün qərarlar verməliyik".
Qeyd edək ki, "Mançester Siti" bazar günü "Nottingem Forest"i məğlub edərək (2:0) İngiltərə Kubokunun finalına yüksəlib. Komanda həmçinin, Premyer Liqada hazırda 4-cü pillədə qərarlaşıb.
Mirağa