“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev “Rubin” klubunun qonağı olub.
Fanat.Az qərb təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Rusiya Premyer Liqasının 26-cı turunda Kazan təmsilçisinin “Fakel”lə oyununda “Ak Bars Arena”da adına verilən sektorun açılışında iştirak edib.
Kurban Berdiyev simvolik olaraq matçda topa ilk toxunuşu yerinə yetirib.
Baş məşqçiyə “Rubin”in prezidenti Marat Safiullin tərəfindən xatirə hədiyyəsi təqdim olunub.