İtaliyanın "İnter" klubu 2012-ci ildən bəri ən pis yarışını keçirir.
Fanat.Az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
Mənbənin hesablamasına görə, son üç oyunda məğlubiyyətlə üzləşən milanlılar sonuncu dəfə 2017-ci ildə bu aqibətlə üzləşib. Quru hesablı ardıcıl məğlubiyyətlər seriyasından ibarət antirekord isə 2012-ci ilə təsadüf edib. "Neradzurri" ardıcıl 5 matçda heç bir qol vurmadan məğlub olub.
Maraqlıdır ki, o zaman “İnter”ə “Roma”nın hazırkı baş məşqçisi Klaudio Ranyeri rəhbərlik edib. Hansı ki, aprelin 27-də Simone İnzaqinin komandası A Seriyasının 34-cü turu çərçivəsində məhz “Roma”ya uduzub (0:1). “İnter” bundan əvvəl İtaliya çempionatında “Bolonya”ya 0:1, İtaliya kubokunda isə “Milan”a 0:3 hesabı ilə məğlub olub.
Mirağa