Müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan, hazırda icarə əsasında "Aston Villa"nın formasını geyinən Markus Raşford bud nahiyyəsindən ciddi zədə alıb.
Fanat.Az xəbər verir ki, məlumatı "The Athletic" yayıb.
Mənbənin məlumatına görə, onun zədə səbəbindən mövsümün qalan hissəsini buraxacağı gözlənilir. İngilis forvard əlavə müayinələrdən keçəcək. Həkimlər onun əməliyyata ehtiyacı olmayacağına ümid edirlər.
“Aston Villa”nın mövsümün sonuna qədər “Fulhem”, “Bornmut”, “Tottenhem” və “Mançester Yunayted”lə oyunları var. O, yayda “Mançester Yunayted”in düşərgəsinə qayıdacaq və və bundan sonra futbolçunun gələcəyi ilə bağlı qərar veriləcək.
Qeyd edək ki, cari mövsüm Raşford "Mançester Yunayted" və "Aston Villa"nın sıralarında ümumilikdə 40 matça çıxaraq 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa