"İnter"in mərkəz müdafiəçisi Benjamin Pavar sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, 29 yaşlı fransalı A Seriyasının 34-cü turunun bazar günü “Roma” ilə qarşılaşmasında (0:1) zədələnib. Pavara topuğunun burxulması diaqnozu qoyulub.
Onun zədəsi o qədər də ciddi deyil, amma həkimlər Pavarın Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə 30 apreldə keçiriləcək ilk oyunu buraxacağını bildiriblər.
Pavar bu mövsüm "İnter"in heyətində bütün turnirlərdə 36 matçda 1 qol və 1 məhsuldar ötürmə edib.
Mirağa