Braziliya futbol ictimaiyyətinə itki üz verib.
Fanat.Az xəbər verir ki, tam adı Jair da Kosta olan Jayro San-Paulu əyalətinin Osasko şəhərində vəfat edib.
"İnter" və "Roma" kimi İtaliya klublarının keçmiş futbolçusu 84 yaşında vəfat edib.
O, 1962-ci ildən 1972-ci ilə kimi on il İtaliyada oynayıb. "Neradzurri"nin heyətində dörd İtaliya çempionluğu, iki Çempionlar Liqası kubokunu qazanıb. Daha sonra “Roma”da çıxış edib.
Sonra bir-iki il vətənində “Santos”da əfsanəvi Pele ilə birlikdə çıxış edib, San-Paulu çempionluğunu qazanıb. O, futbolçu karyerasını Kanadanın “Vindzor Star” klubunda başa vurub.
Jayronun Braziliya millisi ilə o qədər də bəxti gətirməyib. Jaironun dövründə millidə əfsanəvi Qarrinça onun mövqeyində çıxış edib. Beləliklə, o, millidə yalnız bir oyun keçirə bilib. Bu, 1962-ci ildə Uels millisi ilə yoldaşlıq oyunu olub.