Misli Premyer Liqasının 32-ci turu “Qarabağ” və “Zirə” üçün xüsusiylə əlamətdar oldu. “Köhlən atlar” “Sabah”la oyunda qazandığı 1 xal sayəsində 12-ci çempionluğunu təmin etdi. “Zirə”nin avrokuboklara gedəcəyi də bu tur dəqiqləşdi. Qəsəbə təmsilçisinin gümüş medalları təmin etməsi isə an məsələsidir.
“Turan Tovuz” – “Şamaxı” 1:1
Qollar: Kauan Martins, 54 - Brahim Konate, 56.
“Turan Tovuz”: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 77. Veysəl Rzayev, 30. Mircamal Əlizadə, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Məşqçi: Yunis Hüseynov.
“Şamaxı”: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov, 18. Cəlal Hüseynov, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 20. Leroy Mikels (k), 93. Brahim Konate, 30. Andrey Tirkoveanu, 3. Vladislav Veremeyev, 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 23. Murad Vəliyev, 19. Fəxri Məmmədli, 73. Elmar Məmmədov, 66. Vasiliye Bakiç.
Baş məşqçi: Ayxan Abbasov.
“Turan Tovuz” növbəti fürsəti əldən qaçırdı. Kurban Berdıyevin komandası “Şamaxı”nı məğlub etməklə 3-cü pilləni tutmaq, mövsümü titulla başa vurmaq şanslarını artıracaqdı. Amma bunu həyata keçirmək mümkün olmadı. İlk hissəsi qolsuz bitən oyunun ikinci hissəsində qarşılıqlı qollar vuruldu. Martins 54-cü dəqiqədə hesabı açmaqla meydan sahiblərinin azarkeşlərini ayağa qaldırdı. Onların qələbəyə olan ümidləri cəmi iki dəqiqə sonra məyusluqla əvəzləndi. Konate müdafiəçilərin çaşqınlığından ustalıqla yararlandı. Növbəti qolu vurmaq üçün yarımsaatdan çox vaxt olsa da, tərəflərdən heç biri bunu bacarmadı. Belədə hərəyə bir qol vuran komandalar elə 1 xalla da kifayətlənməli oldular.
49 xallı “Turan Tovuz” 4-cü pillədə qərarlaşıb və gözünü hələ də 3-cü yerə dikib. Lakin doğma meydandakı xal itkisindən sonra bu, elə də real görünmür. “Şamaxı” 35 xalla 7-cidir.
“Kəpəz” – “Zirə” 0:1
Qol: Salifu Suma, 64.
"Kəpəz": 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 8. Elmir Tağıyev, 21. Camal Cəfərov, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 5. Rauf Hüseynli, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 11. Trent Buhaqyar, 10. Kərim Lkuça, 88. Şevroni Mabatşoev.
Baş məşqçi: Azər Bağırov.
"Zirə": 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 4. Ruan Renato, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 8. Junior Martins, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 93. Yelmar Aşurov, 53. Şahmar Aşurov, 48. Ramiz Muradov, 30. Rikardo Martins, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Dörd heç-heçənin qeydə alındığı turun yeganə qalibi “Zirə” oldu. Bu da qəsəbə təmsilçisinin gümüş medalları qazanmaq şansını xeyli artırdı. Rəşad Sadıqovun komandası uzaq Tovuz səfərində 3 xalla döndü. Heç kimə sirr deyil ki, “Kəpəz” özü üçün doğma saydığı Tovuz şəhər stadionunda yaxşı mübarizə aparır. Meydançanın süni örtüklü olması da qonaq komandaların işini çətinləşdirir. Amma “Zirə” bütün bu çətinliklərin öhdəsindən gəlməyi bacardı. “Zirə”yə qələbə gətirən qolu Suma 64-cü dəqiqədə “Kəpəz”in qapısından keçirdi. Müdafiədə etibarlı oynayan qəsəbə təmsilçisi qələbə hesabını sona qədər qorumağı bacardı.
“Qarabağ”ın ən yaxın izləyicisi “Zirə”nin 64 xalı var. Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” isə 9-cu pillədə 28 xalla qərarlaşıb.
“Səbail” – “Araz-Naxçıvan” 1:1
Qollar: Marko Nikoliç, 76 - Ülvi İsgəndərov, 30
“Səbail”: 12. Əlirza Müştəbazadə 96. İlkin Muradov 20. Mert Çelik 11. Rüfət Abdullazadə 83. Nihad Quliyev 97. Oruc Məmmədov 10. David Qomis (k) 3. Dmitro Litvin 99. İnnosent Nşuti 4. Marko Nikoliç 14. Süleyman Alluş
Ehtiyat oyunçular: 25. Nicat Məmmədzadə 91. Tural Mirsultanov 22. Mirabdulla Abbasov 74. Yusif Nəbiyev 77. Fərid Nəbiyev 18. Süleyman Əhmədov 19. Samir Abdullayev 16. Emin Rüstəmov 67. Rəvan Abasov 44. Amir Bilali 7. Madi Queta 5. Gitay Sofir
Baş məşqçi: Elvin Məmmədov
“Araz-Naxçıvan”: 12. Kristian Avram 5. Qara Qarayev 34. Urfan Abbasov (k) 2. Slavik Alxasov 7. Ülvi İsgəndərov 16. Ramon Maçado 17. İssuf Paro 8. Karlos Jatoba 4. İqor Ribeyro 97. Felipe Santos 10. Bernardo Dias
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə 6. Vadim Abdullayev 26. Ömər Buludov 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 11. Bayraməli Qurbanov 71. Sənan Ağalarov 23. Nuno Rodriqes 14. Miço Kurmanoviç
Baş məşqçi: Elmar Baxşıyev
“Kəpəz”in rahatlaşmasına “Səbail” imkan vermir. Çətin günlərdən keçən “dənizçilər” onları batırmağa çalışan fırtınalara təslim olmur. “Araz Naxçıvan” Bayılda hesabı açan tərəf olsa da, qələbə hesabını sona qədər qorumaq mümkün olmadı. Ülvi İsgəndərov 30-cu dəqiqədə qonaqları önə keçirmişdi. Bu qolun sayəsində qonaqlar fasiləyə öndə yollandılar. Marko Nikoliç bu gedişatı dəyişən futbolçu oldu. Onun 74-cü dəqiqədə vurduğu oyunun yekun hesabını müəyyənləşdirdi. Hərəyə bir qol və bir xal oyunun məntiqi nəticəsi idi.
“Araz Naxçıvan” itirdiyi iki xala çox da üzülmür. Çünki Elmar Baxşıyevin komandası 3-cü pillədən bərk yapışıb. Onların aktivində 54 xal var. Sonuncu pillədəki “Səbail” isə cəmi 21 xal toplayıb.
“Sabah” – “Qarabağ” 1:1
Qollar: Boyan Letiç, 72 - Redon Cica, 42-pen.
“Sabah”: 92. Stas Pokatilov, 9. Anatoli Nuriyev, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Pavol Şafranko (k), 40. İqor Noqeyra, 3. Con İrasabal, 13. İvan Lepinitsa.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 89. Rauf Əyyubov, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 15. Seymur Məmmədov, 70. Jesse Sekidika, 12. Vensan Till, 33. Umarali Rahmonaliyev.
Baş məşqçi: Vasili Berezutski.
“Qarabağ”: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 12. Sadiq Məmmədzadə, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
“Qarabağ”ın çempionluğu rəsmiləşdirməsi onsuz da an məsələsi idi. Bu da 32-ci tura təsadüf etdi. Masazırda qazandığı 1 xal sayəsində “köhlən atlar”ı rəqibləri üçün əlçatmaz oldu. Çətin ki, kimsə “Qarabağ”ın layiqli çempion olduğuna şübhə edər. Mövsüm ərzində cəmi 3 dəfə məğlub olan Ağdam təmsilçisinin top fərqi də “+59”-a bərabərdir. “Sabah”ın isə mövsümü boşa verdiyi şübhəsizdir. Komandanın tək təsəllisi ölkə kubokunun finalına vəsiqə qazanmasıdır. Çünki “bayquşlar”ın turnir cədvəlində 5-ci pillədən yuxarı qalxması heç də inandırıcı görünmür. Vasili Berezutski 40 xal toplayıb ki, ondan irəlidəki “Turan Tovuz”un 49 xalı var. Qalan dörd tur ərzində bu fərqin “əriyəcəyi” heç də real deyil. Çempionluğunu rəsmiləşdirən “Qarabağ” isə 77 xalla zirvədədir.
"Sumqayıt" – "Neftçi" 2:2
Qollar: Bobur Abduholikov, 23. Ronaldo Vaskes, 53 - Bassala Sambu, 60. Andrey Ştoqrin, 88.
"Sumqayıt": 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanov, 19. Roi Kehat, 5. Alan Dias, 23. Ronaldo Vaskes, 9. Bobur Abduholikov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 94. Rəşad Əzizli, 7. Rövlan Muradov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 12. Georgi Karaişvili, 11. Momo Yansane, 99. Silvanus Nimeli, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.
"Neftçi": 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 4. Elvin Camalov, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 9. Bassala Sambu, 88. Andrey Ştoqrin.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 78. Elcan Əbilov, 22. Dembo Darbo, 77. Yeqor Boqomolski, 11. Aleks Fernandes.
Baş məşqçi: Samir Abasov.
“Sumqayıt”la “Neftçi” də bu tur qələbə qazana bilmədi. “Sumqayıt” ilk hissəni əla keçirdi və fasiləyə qalib yollandı. Bobur Abduholikovun 23-cü dəqiqədə vurduğu qol sayəsində bu mümkün oldu. Vaskes 53-cü dəqiqədə meydan sahiblərinin üstünlüyünü artırdı. Təəccüblüsü odur ki, iki topluq üstünlüyü qorumaq mümkün olmadı. “Neftçi” əzmkarlıq göstərərək məğlubiyyətdən qaça bildi. Ştoqrin 60-cı dəqiqədə Sambunun qolunda iştirak etdi. Sona iki dəqiqə qalmış ukraynalı özü fərqləndi. Bu da görüşün yekun hesabı oldu.
36 xallı “Neftçi” 6-cı pillədədir. 30 xallı “Sumqayıt” isə 8-ci yerdə qərarlaşıb.
Amal Abuşov