"Atletiko"nun müdafiəçisi Sezar Aspilikueta Madrid nəhəngini tərk edərək başqa İspaniya klubuna keçə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “Selta” 35 yaşlı müdafiəçini transfer etməkdə maraqlıdır. Sezar Viqo klubuna pulsuz başa gələ bilər, çünki onun "Atletiko" ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır.
İspaniya çempionatının cari mövsümündə Aspilikueta madridlilərin heyətində 12 oyun keçirib. Müdafiəçi bu görüşlərdə bir qol vurub.
La Liqanın 33 turundan sonra "Selta" yeddinci, "Atletiko" isə üçüncü pillədə qərarlaşıb.
Mirağa