"Yuventus"un hücumçusu Kenan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı ""Deadlinedaylive" yayıb.
Mənbənin məlumatına görə, "Çelsi" klubu 19 yaşlı forvardın xidmətində maraqlıdır. Tərəflərin artıq danışıqlara başladığı bildirilir. “Zadəganlar” türkiyəli futbolçusu üçün 100 milyon avro ödəməyə hazırdır.
Gənc hücumçunun Turin klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq.
Kenan bu mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
"Transfermarkt" Yıldızın bazar dəyərini 45 milyon avro qiymətləndirir.
Mirağa