"Neftçi"dən qovulduqdan bir müddət sonra Ukraynanın LNZ klubuna baş məşqçi təyin edilən Roman Qriqorçuk ölkəsində də uğursuz çıxışını davam etdirir.
Fanat.Az xəbər verir ki, Bakı klubunu işlədiyi bir dövrə ərzində qələbə qazanmadan tərk edən ukraynalı mütəxəssis yeni komandasında 5 matçdır 3 xala həsrətdir.
Mövsümün ikinci yarısına hazırlıq çərçivəsində İspaniyada keçirilən yoldaşlıq görüşlərini də nəzərə alsaq, Premyer Liqa klubunu 17 oyuna çıxaran Qriqorçuk bunların 10-da yenilgi acısı yaşayıb. O, 10 rəsmi matçın yarısında məğlubiyyətə şahid olub, cəmi 3 qələbəyə sevinə bilib.
Son 5 matçdakı qələbəsizlik sindromu rəhbərlikdə kütləvi istefalara yol açıb. Klubun baş direktoru Andrey Kolisnuk, idman direktoru Yevgeni Tarasenko, direktor Vasili Qreçani, media və marketinq meneceri Andrey Vekov, inzibatçılar Boris Kuzmin və Mikito Kuzmin vəzifələrindən azad ediliblər.
Hələlik postunu qoruyan Roman Qriqorçukun komandası 26 turdan sonra 27 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Mirağa