"Paxtakor"un və Özbəkistanın gənclərdən ibarət yığmasının 20 yaşlı yarımmüdafiəçisi Səidumarxon Səidnurullayev bu yay İngiltərənin "Kuinz Park Reyncers" (KPR) klubunun təlim-məşq toplanışında təcrübə keçəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "Asia Sport" yayıb.
Mənbənin məlumatına görə, London klubu ilə danışıqları "Mançester Siti"də çıxış edən Abdukodir Xusanovun, o cümlədən Laziz Mirzayev, Xusniddin Alikulov və digər özbək futbolçuların müştərisi olduğu agentlik aparır.
Səidnurullayev "Paxtakor"un əsas komandasına bu il cəlb olunub və ötən həftə kubokda debüt edib. O, "Navai" ilə matçda meydana 60-cı dəqiqədə çıxıb və iki qol vurub, məhsuldar ötürmə edib.
Mirağa