Argentinalı ulduz futbolçu Lionel Messinin formasını geyindiyi “İnter Mayami” KONKAKAF Çempionlar Liqası ilə vidalaşıb.
Fanat.Az xəbər verir ki, Xavyer Maskeranonun baş məşqçisi olduğu komanda Kanadanın “Vankuver Uaytkeps” kollektivi ilə bacarmayıb.
Yarımfinalın ilk qarşılaşmasında 0:2 hesabı ilə uduzan ABŞ təmsilçisi cavab matçında da yenilib - 1:3. Messi bu görüşdə heç nə ilə yadda qalmayıb.
Qeyd edək ki, Lionel 2023-cü ildən ABŞ klubunda çıxış edir.