"İnter"in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının yarımfinalında heç-heçə (3:3) etdikləri görüşdən sonra "Barselona"nın vingeri Lamin Yamal haqqında emosional danışıb.
Fanat.Az xəbər verir ki, o, UEFA-nın mətbuat xidmətinə açıqlamasında bu sözləri deyib:
"Lamin 50 ildə bir dəfə dünyaya gələn istedadlardandır. Bu gün onu yaxından gördüm və məni heyran etdi. Yetirmələrimin etdikləri məni çox heyrətləndirdi. Onlar Yamalı iki-iki, üç-üç bağladılar".
Yamal "Barselona" - "İnter" oyununda 1 qol vurub.
Tərəflər arasında cavab görüşü 6 mayda keçiriləcək.
Mirağa