UEFA Konfrans Liqasında yarımfinal mərhələsində bu gün ilk oyunlar keçirilib.
Fanat.Az xəbər verir ki, finalın bir addımlığında olan komandaların ilk duelləri İsveç və İspaniyada baş tutub.
“Forentina” səfərdə “Betis”ə uduzub. “Çelsi” isə qonaq qismində “Yurqorden”i darmadağın edib.
Qeyd edək ki, yarımfinalın cavab oyunları 8 may tarixində keçiriləcək.
UEFA Konfrans Liqası
Yarımfinal, ilk oyunlar
1 may
“Betis” (İspaniya) – “Fiorentina” (İtaliya) 2:1
Qollar: Ezzalzuli, 6. Antoni, 64 – Ranyeri, 73.
“Yurqorden” (İsveç) – “Çelsi” (İngiltərə) 1:4
Qollar: Muluqeta, 68 – Sanço, 13. Madueke, 43. Cekson, 59; 65.