UEFA Konfrans Liqasında yarımfinal mərhələsində bu gün ilk oyunlar keçiriləcək.
Fanat.Az xəbər verir ki, finalın bir addımlığında olan komandaların ilk duelləri İsveç və İspaniyada baş tutacaq.
"Çelsi" səfərdə "Yurqorden"lə qarşılaşacaq. "Fiorentina" isə "Betis"in qonağı olacaq.
Qeyd edək ki, yarımfinalın cavab oyunları 8 may tarixində keçiriləcək.
UEFA Konfrans Liqası
Yarımfinal, ilk oyunlar
1 may
23:00. "Yurqorden" (İsveç) – "Çelsi" (İngiltərə)
23:00. "Betis" (İspaniya) – "Fiorentina" (İtaliya)