"Real Madrid"in mərkəz müdafiəçisi Antonio Rüdigerin karyerası təhlükə altındadır.
Fanat.Az xəbər verir ki, "El Confidencial" bu barədə məlumat yayıb.
Mənbənin iddiasına görə, 32 yaşlı futbolçuya erkən diz osteoartriti diaqnozu qoyulub. Tipik olaraq, bu cür problemlər 40 yaşdan yuxarı insanlarda görünür.
Alman futbolçu bütün mövsüm sol dizindəki diskomfortdan əziyyət çəkib. Oynamaq və məşq etmək üçün o, mütəmadi ağrıkəsicilər qəbul edib. “Real Madrid”in tibbi heyəti problemdən xəbərdar olsa da, müdafiədəki oyunçu çatışmazlığı səbəbindən əməliyyat hər dəfə təxirə salınıb.
İndi Rüdigerin karyerasını bitirmək təhlükəsi yaranıb.
Mirağa