Bu gün Misli Premyer Liqasında XXXIII tur start götürəcək.
Fanat.Az xəbər verir ki, turun matçları üç günü əhatə edəcək.
Açılış günündə bir oyun baş tutacaq. Günün yeganə qarşılaşmasında liderin ən yaxın izləyicisi “Zirə” avrokuboklar uğrunda mübarizəni davam etdiən “Turan Tovuz”la üz-üzə gələcək.
Tərəflərin bu mövsümkü qarşılaşmalarında komandalar hərəyə bir qələbə ("Zirə" - 2:0, "Turan Tovuz" - 1:0) qazanıblar, bir matç isə qolsuz heç-heçə nəticələnib.
Qeyd edək ki, 3 mayda "Şamaxı" - "Səbail" və "Araz-Naxçıvan" - "Sabah", 4 mayda isə "Qarabağ" - "Sumqayıt" və "Neftçi" - "Kəpəz" görüşləri keçiriləcək.
Misli Premyer Liqası
XXXIII tur
2 may
“Zirə” – “Turan Tovuz” 1:0 (2-ci hissə)
Qol: Salifu Sumqa, 48.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Namiq Hüseynov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov, Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Rüfər Əmirov.
Zirə İdman Kompleksinin stadionu
“Zirə”: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 70. İssa Cibrila, 23. Rafael Utziq, 18. Junior Martins, 17. Ayron Qomis, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 11. Rüstəm Əhmədzadə, 53 Şahmar Aşurov, 48. Ramiz Muradov, 5. Stefan Aka, 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 3. Ange Mutsinzi, 15. Pyer Zebli.
Baş məşqçi: Rəşad Sadıqov.
“Turan Tovuz”: 41. Sergey Samok, 19. Orxan Əliyev, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 29. Anton Kraçkovski.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 77. Veysəl Rzayev, 30. Mircamal Əlizadə, 6. Araş Qaderi, 21. Aleks Souza.
Baş məşqçi: Kurban Berdiyev.