İngiltərə Premyer Lİqasında ötən ayın ən yaxşı məşqçisi adına namizədlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Siyahıya 5 nəfər daxil edilib:
Unai Emeri (Aston Villa) – 4 qələbə, 1 məğlubiyyət, top fərqi +8.
Pep Qvardiola (Mançester Siti) – 4 qələbə, 1 heç-heçə, top fərqi +8.
Eddi Hou (Nyukasl) – 5 qələbə, 1 məğlubiyyət, top fərqi +12.
Vitor Pereyra (Vulverhempton) – 5 qələbə, top fərqi +8.
Arne Slot (Liverpul) – 4 qələbə, 1 məğlubiyyət, top fərqi +6.
Səsvermə bazar ertəsinə qədər davam edəcək.
Qeyd edək ki, Slot "Liverpul"la çempionluq titulunu qazanıb, Eddi Hou isə səhhətində yaranan problemlərə görə bəzi matçları buraxıb.
Mirağa