"Barselona"nın 17 yaşlı ulduzu Lamin Yamalın atası Munir Nəsrauyi "Real Madrid" azarkeşlərinə səslənib.
Fanat.Az xəbər verir ki, vingerin atası madridliləri oğluna hörmətlə yanaşmağa çağırıb.
"Diario Sport" Munirin dediklərini belə çatdırıb:
"Axı Lamin təkcə "Barsa"da deyil, həm də milli komandada oynayır. Belə gənc yaşında "Blaugrana"da artıq 100 oyun keçirmiş oğlanı tərifləmək lazımdır. İnsanların onun haqqında pis danışmasını xoşlamıram. Onu danlamağa ehtiyac yoxdur. "Barsa" azarkeşləri heç vaxt "Real Madrid"in gənc istedadlarını təhqir etmirlər".
Yamal bu mövsüm İspaniya çempionatının 30 oyununda iştirak edib. Vinger bu görüşlərdə 6 qol vurub və 12 məhsuldar ötürmə edib.
Mirağa