“Mançester Yunayted”in yarımmüdafiəçisi Brunu Fernandeş Avropa Liqasının yarımfinalında “Atletik Bilbao” ilə ilk oyunda (3:0) dubl edib.
Fanat.Az xəbər verir ki, nəticədə portuqaliyalı oyunçusu "qırmızı şeytanlar"ın Avropa Liqasının pley-off mərhələlərində vurduğu 31 qolda pay sahibi olub.
"Squawka" statistika portalıın hesablamasına görə, bu, turnirin rekordudur.
Fernandes AL-in pley-off mərhələlərində 19 qol vurub və 12 məhsuldar ötürmə edib. O, bu göstəriciyə 32 matçda nail olub.
Mirağa