"Sumqayıt" klubu futbolçusu İsa Sulimanla müqavilənin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətindən məlumat yayıb.
Pakistanlı müdafiəçi ilə anlaşma daha 2 il müddətinə artırılıb.
Qeyd edək ki, 2023/2024 mövsümündən komandada çıxış edən 27 yaşlı müdafiəçi 2 ilə yaxın müddətdə Misli Premyer Liqasında 27, Azərbaycan Kubokunda 2 matçda meydanda olub. O, bu qarşılaşmalarda 4 qola imza atıb. İsa zədə səbəbindən bu mövsümdə bir oyuna belə çıxmayıb.