Latviyalı veteran futbolçu Andrey Proxorenkov vəfat edib.
Fanat.Az xəbər verir ki, bu barədə Latviya Futbol Federasiyası məlumat yayıb.
Sabiq hücumçu ötən gün, mayın 1-də dünyasını dəyişib. Onun 48 yaşı var idi.
Bədxassəli şiş aşkar edildikdən sonra Almaniyada müalicə olunan Proxorenkovu həkimlər xilas edə bilməyiblər.
Andrey Latviya millisinin heyətində AÇ-2004-ün iştirakçılarından, komandanın liderlərindən olub. O, 2002-2007-ci illərdə milli komandada 32 oyun keçirib və 4 qol vurub. Proxorenkov futbolçu karyerası ərzində müxtəlif Latviya klublarında, həmçinin Polşa, İspaniya, İsrail və Yunanıstan komandalarında çıxış edib. Futbolçu karyerası ərzində hücumçu Latviya və İsrail çempionu olub. Karyerasını "Oqre"də başa vurub və məşqçiliyə başlayıb.